dini radikalizm və ekstremizmlə mübarizə

Mətanət Əsgərqızı: Qoşqar Hacıyevin sağalması ümidi ilə ayrıldıq

Mətanət Əsgərqızı: Qoşqar Hacıyevin sağalması ümidi ilə ayrıldıq
Bu gün ABU Arena İdman Kompleksində Milli Müstəqillik gününün 27-ci il dönümünə həsr olunan “QARABAĞ QAZİLƏRİ” ambutant futbol Federasiyasının komandaları olan “Abşeron” və “Xırdalan” arasında yoldaşlıq paraolimpiya yarışı keçirilirdi.Tədbirdə müxrtəlif insanlar ictimaiyyət nümayəndələri QHT rəhbərləri də iştirak edirdilər. Bir zəng gəldi , Aprel döyüşlərində başından ağır qəlbə yaraları almış Qoşqar Hacıyevin vəziyyəti pisləşib. Mərasimdə millət vəkili Ganire Pashayeva da iştirak edirdi. Yaxınlaşıb vəziyyəti danışdım. Tədbiri yarımçıq qoyub Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına getdik. Hospitalın rəisi Tofiq Tağıyevlə görüşdük.Vəziyyətin ciddiliyi özünü qoruduğunu söyləyən Tofiq Tağıyev ixtisaslaşmış həkimləri və Qoşqar Hacıyevin anasını da dəvət etdi. Bütün imkanlardan istifadə olunduğu söylədi.Millət vəkili Qənirə Paşayeva da öz növbəsində qeyd etdi ki , belə məsalələr cənab Prezidentin nəzarətindədir. Qoşqar Hacıyevin müalicəsinin davamı üçün bütün imkanlardan istifadə olunacaq. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi də öz növbəsində Türkiyədə Qoşqarın yanında müalicə müddətində olmağa hazır olduğunu bildirdi. Beləliklə bir daha sübut olundu ki , vətən üçün sağlamlığından keçənlərə hər zaman diqqət və qayğıyla yanaşılır. Qoşqar Hacıyevin sağalması ümidi ilə ayrıldıq.
P.S Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Qoşqar Hacıyevə görə narahat olub xəstəxanaya gələn şəhid atası Sabir Mirzəyevə , Elman Əsədullayevə , Mehriban Sadiqovaya , Ravin Həsənova , Rüxsarə Cumayevaya , Ələsgər Həkimova , QHT rəhbərləri Mehriban Abdullayevaya , İradə Polada , Fərhad Əliyevə minnətdarlıq bildirir.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı.

Mətanət Əsgərqızı: Qoşqar Hacıyevin sağalması ümidi ilə ayrıldıq
Mətanət Əsgərqızı: Qoşqar Hacıyevin sağalması ümidi ilə ayrıldıq

Oxunub: 810
Oxşar xəbərlər
SON XƏBƏRLƏR