dini radikalizm və ekstremizmlə mübarizə

15 SENTYABR BİLİK GÜNÜDÜR!

15 SENTYABR BİLİK GÜNÜDÜR!
Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. Hər birimiz bilirik ki, Sovet İttifaqı illərində bu gün sentyabrın 1-nə təsadüf edirdi. 2004-cü ilin avqust ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə həmin gün Bilik Günü kimi elan edilmişdir. Doğma Azərbaycanımızda tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunmuşdur. İslama görə isə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətli sayılır. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram" demişdir.
Xalqımız elmi, biliyi hər zaman yüksək qiymətləndirmiş, öz övladlarının savad alması üçün əllərindən gələni əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Yusif Məmmədəliyev, Mirzə Kazımbəy, Lütfi Zadə, Xudu Məmmədov, Kərim Kərimov, Rafiq Əliyev kimi yüzlərlə alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermiş və hal hazırda da bu ənənə davam etməkdədir. Bununla da fikirlərimi tamamlayaraq bütün Müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edir onlara müvəffəqiyyətlər arzulayıram.

Bilik Gününüz Mübarək olsun əziz balalar!

Umuxanım Hüseynzadə

Oxunub: 861
Oxşar xəbərlər
SON XƏBƏRLƏR