dini radikalizm və ekstremizmlə mübarizə

Kəsdiyiniz qurbanlar qəbul olsun!

Kəsdiyiniz qurbanlar qəbul olsun!

Dəyərli dostlar, müqəddəs Qurban bayramı münasibətilə Sizi təbrik edir, Allah-Taaladan kəsilən qurbanların qəbulunu arzulayıram.
Bu il Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlamasının 30-cu ildönümü tamam oldu.1988-1993-cü illərdə ölkəmizin daxilində siyasi sabitlik olmadığına, Silahlı Qüvvələrimizin formalaşmamasına görə bu amansız savaşda 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi, 23 min nəfərdən çox insan şəhid oldu, 50 min nəfər yaralanaraq əlil oldu.
Hazırda 2018-ci il avqustun 21-dir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan Respublikası Qafqazın lider dövlətidir, Silahlı Qüvvələrimiz beynəlxalq səviyyədə rəqabətə davamlı ordu kimi formalaşır.Təəssüflər olsun ki, bəzi məmurların səlahiyyətlərini aşmaları, süni şəkildə əhali arasında yaradılan narazılıq, ərzaq və s.qiymətlərinin artırılması insanların dövlət müstəqilliyinin dadını çıxarmasına mane olur.
Mən, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçıları adından Dövlət Başçısı cənab İlham Əliyevi salamlayıram. Arzu edirəm ki, cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Xanım Mehriban Əliyeva ölkədə kadr islahatlarını sürətləndirsin.İstedadlı, qabiliyyətli və vətənpərvər insanların iqtisadiyyatın müəyyən sahələrinə rəhbərlik etmələri üçün imkan yaradılsın.
Axı, Azərbaycan xalqı yaxşıların yaxşısına layiqdir!
Bayramınız mübarək olsun, dəyərli müsəlmanlar!


Hörmətlə,

Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri,
"Ana harayı"qəzetinin baş redaktoru, "fact-info.az" və "exbertv.az" saytlarının xüsusi müxbiri,
"Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi.

Oxunub: 802
Oxşar xəbərlər
SON XƏBƏRLƏR