dini radikalizm və ekstremizmlə mübarizə

Allahtaala kəsdiyiniz qurbanları qəbul etsin!

Allahtaala kəsdiyiniz qurbanları qəbul etsin!

Dəyərli dostlar, müqəddəs Qurban bayramı münasibətilə Sizi təbrik edir, Allah-Taaladan kəsilən qurbanların qəbulunu arzulayıram.
Bu il Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlamasının 30-cu ildönümü tamam oldu.
1988-1993-cü illərdə ölkəmizin daxilində siyasi sabitlik olmadığına, Silahlı Qüvvələrimizin formalaşmamasına görə bu amansız savaşda 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi, 23 min nəfərdən çox insan şəhid oldu, 50 min nəfər yaralanaraq əlil oldu.
Hazırda 2018-ci il avqustun 21-dir. Fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikası Qafqazın lider dövlətidir, Silahlı Qüvvələrimiz beynəlxalq səviyyədə rəqabətə davamlı ordu kimi formalaşır.Təəssüflər olsun ki, bəzi məmurların səlahiyyətlərini aşmaları, süni şəkildə əhali arasında yaradılan narazılıq, ərzaq və s.qiymətlərinin artırılması insanların dövlət müstəqilliyinin dadını çıxarmasına mane olur.
Mən, Respublikamızın mətbuat orqanları və öz adımdan Dövlət Başçısı cənab İlham Əliyevi salamlayır və bayram münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Xanım Mehriban Əliyeva ölkədə kadr islahatlarını sürətləndirsin İstedadlı, qabiliyyətli və vətənpərvər insanların iqtisadiyyatın müəyyən sahələrinə rəhbərlik etmələri üçün imkan yaradılsın.
Əziz azərbaycanlılarım və türk dünyasının müsəlmanları bir daha hər birinizi Qurban bayramı münasibəti ilə təbrik edirəm.
Allah bu gözəl gündə heç bir valideyni övladı qarşısında utandırmasın.
Gün o gün olsun ki, Qurbanlarımızı İşğal altında olan torpaqlarımızı geri alaraq orada kəsək. İlahiamin.

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 714
Oxşar xəbərlər
SON XƏBƏRLƏR