dini radikalizm və ekstremizmlə mübarizə

AZƏRBAYCANIN İDMAN USTASININ YENİ BİR UĞURU

AZƏRBAYCANIN İDMAN USTASININ YENİ BİR UĞURU
Həyat təcrübəmdə gördüyüm, qarşılaşdığım minlərlə faktlar onu göstərir ki, Allah bəndələrinin mükafatını onlardan əsirgəmir. Sadəcə biz insanlar səbr edərək o günü gözdəməyi bacarmırıq. Kimi səbirsizlik edərək naşükürlük edir, kimisi hər halinə razı olaraq Allahın bəxş etdiyi, göndərdiyi sınaqlardan çıxdıqca şükranam deyərək Rəbbinin göndərdiyi hər bir çətinliyi toy bayram kimi qəbul edir.
Hər kəsin ömür yolundan daşlı kəsəkli yollar keçir. Həyat yolunu asan keçən çox az insan tanıdım. Gənc olmasına baxmayaraq yaşına görə o, da yetərincə çətinliklərlə qarşılaşdı, onun da ağrılı-acılı günləri oldu. Bəzən ayağa dura bilməyəcəyin düşünərək çəkdiyi ağır sınaqları oldu. Amma o hər zaman şükran oldu. Və Allah inamı hər bir çətinliyin qarşısında onu dik tutdu.
Allahtəala da Vətənini sevən bəndələrini hər zaman ucaltdı. Kimini şəhidliy şəadətinə qovuşdurdu, kiminə Vətənini uca tutması üçün ona da məsuliyyətli sınaq göndərdi. O sınaqlardan biri də Azərbaycanın idman ustası Mirzə Məmmədova Türkiyənin MUAY THAİ Federasiyasından iş təklifi gəlməsi ilə başladı. Bizdə olan məlumata görə həmyerlimiz iş təklifini müsbət qarşılayıb və Türkiyəyə yola düşüb. Bundan sonra Mirzə Məmmədova "Avşar Spor Klubu"nun məşqçisi kimi işə başlayıb və idmançımıza klubun məşqçi vəsiqəsi təqdim edilib. M. Məmmədov "Avşar Spor Klubu"nun idmançılarının Avropa və Dünya yarışlarından öncə onların hazırlıqlarında iştirak edəcək. Qeyd edək ki, M. Məmmədova bu təklif klubun prezidenti Ali Çapan tərəfindən almışdır.
P.S. Ümüdvarıq ki, hər zaman çalışdığı sahələrdə öz işinin profesionalı olan M. Məmmədov hər zaman olduğu kimi Azərbaycan Respublikasının adını və bayrağının yüksəklərdə dalğalanması üçün əlindən gələni əsirgəməyəcəkdir. Biz də Djb.az kollektivi adından M. Məmmədova yeni-yeni uğurlar diləyirik.

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 723
Oxşar xəbərlər
SON XƏBƏRLƏR