dini radikalizm və ekstremizmlə mübarizə

Dan İanku Tovuza getdi - Foto

 Dan İanku Tovuza getdi - Foto
Tovuzda “Azərbaycan-Rumıniya münasibətlərin inkişafında bölgələrarası əməkdaşlığın rolu” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, təşkilat rəhbərləri, QHT və KİV nümayəndələri, gənc fəallar, həmçinin millət vəkili Qənirə Paşayevanın dəvəti ilə burada səfərdə olan Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku da iştirak edib.

Görüşdə çıxış edən Qənirə Paşayeva Azərbaycan-Rumıniya münasibətlərinin tarixi və bu günü ilə bağlı geniş məlumat verib.

Prezident İlham Əliyevin Rumıniya ilə əməkdaşlığın inkişafına verdiyi önəmi xüsusilə vurğulayan deputat, iki dost ölkə arasında bütün istiqamətlərdə münasibətlərin getdikcə daha da inkişaf etdiyini deyib.

O, Tovuz rayonu ilə Rumıniya bölgələri arasında əməkdaşlığın inkişafı istiqamətində də işlərin sürətlənəcəyinə və cənab səfirin rayona səfərinin bu məsələdə xüsusi rol oynayacağına inandığını bildirib.

Oxunub: 663
Oxşar xəbərlər
SON XƏBƏRLƏR