dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycana qəlbən bağlı oğul!

Azərbaycana qəlbən bağlı oğul!
Ričardas Lapaitis Litvada yaşayır, fotoqrafdır.Mən onunla Xocalı soyqırımı zamanı, Ağdam bölgəsində, məşhur "19-cu Post"yaxınlığında tanış olmuşam.O, xarici və yerli jurnalistlərlə birgə Xocalı soyqırımının bəzi dəhşətlərini fotoaparatın yaddaşına köçürüb.Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Xanım Mehriban Əliyevanın və bu Fondun Birinci vitse-prezidenti xanım Leyla Əliyevanın dəstəyilə O, Xocalı soyqırımı zamanı girov götürülmüş Valeh Huseynovun xatirələri əsasında "Sonsuz dəhliz"filmini lentə aldı.Həmin filmin Bakıda, Rusiya, Çexiya və digər ölkələrdə təqdimatı keçirildi.
İyulun 26-sı dəyərli dostumuz Ričardas Lapaitisin doğum günüdür. İcazənizlə, Azərbaycanın qeyrətli oğul və qızları adından Litva vətəndaşı Ričardas Lapaitisi doğum günü ilə əlaqədar təbrik edim, ona xoş arzularımı bildirim. Qədirbilən Azərbaycan xalqı Sizin kimi insanlara minnətdardır, Ričardas Lapaitis qardaşım!


Hörmətlə,



Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"İB-nin sədri,
"Tərəqqi" medalının mükafatçısı, Qarabağ qazisi.

Oxunub: 1 312
Oxşar xəbərlər
SON XƏBƏRLƏR