dini radikalizm və ekstremizmlə mübarizə

“Sənə qələbə yaraşır,Azərbaycan”

“Sənə  qələbə yaraşır,Azərbaycan”
Mingəçevirin ümumtəhsil müəssisələrində 2016-cı ilin aprel döyüşlərində şəhid olan igidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.Belə tədbirlərdən biri də N.Gəncəvi adına 8 saylı tam orta məktəbdə təşkil olunub. Əvvəlcə qonaqlar məktəbin foyesində düzənlənmiş müxtəlif başlıqlı fotostendlərə baxıblar. 3 rəngli bayraq tədbirə gətirilib.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidlərin həyat və döyüş yolundan bəhs edən video –slayd nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Adil Kərimov çıxış edərək qeyd edib ki, Aprel döyüşləri xalqımızın tarixinə yeni bir qəhrəmanlıq səlnaməsi yazıb:” Düşmənə sarsıdıcı zərbələr vuran aprel döyüşlərində ordumuz gücünü bir daha nümayiş etdirərək hər bir azərbaycanlıya möhtəşəm qələbə sevinci yaşadıblar.Bu gün biz məktəblərdə belə bir tədbirlər keçirərək bir daha onların qəhrəmanlığını gələcək nəsillərə çatdırır,gənclərimizin igidlərimizdən örnək götürmələrini arzulayırıq”.
Daha sonra məktəbin dil-ədəbiyyat müəlliməsi Əsli Yusifovanın təşkilatçılığı ilə şagirdlər “sənə qələbə yaraşır,Azərbaycan”adlı kompozisiya nümayiş etdiriblər.Kompozisiyada səslənən şeirlərin müəllifi Əsli Yusifovaya aiddir.Kompozisiya VIII c,IXa,IX b,VIIb sinif şagirdlərininiştirakı ilə nümayiş olunmuşdur.Qeyd edək ki,tədbirin ərsəyə gəlməsində məktəbin müəllimələrindən Esmira Hacıyeva ,Kəmalə Rüstəmova,UBTR-i Məşuqə Misirova,psixoloq Aynurə Əfəndiyeva,Dilrubə Həsənova köməklik göstərmişlər.
Şəhidlik zirvəsinin ən uca bir zirvə olduğunu bildirən qonaqlar onların unudulmayacağını, hər bir vətəndaşımız tərəfindən sevgi ilə xatırlanacağını bildiriblər.
Tədbirdə Aprel şəhidlərinin ailə üzvüləri,təhsil şöbəsinin metodisti Gündüz Abbasov və məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Esmira Hidayətova

“Sənə  qələbə yaraşır,Azərbaycan”
“Sənə  qələbə yaraşır,Azərbaycan”
“Sənə  qələbə yaraşır,Azərbaycan”
“Sənə  qələbə yaraşır,Azərbaycan”
“Sənə  qələbə yaraşır,Azərbaycan”
“Sənə  qələbə yaraşır,Azərbaycan”
“Sənə  qələbə yaraşır,Azərbaycan”

Oxunub: 710
Oxşar xəbərlər
SON XƏBƏRLƏR