dini radikalizm və ekstremizmlə mübarizə

Sizinlə qürur duyuruq!

Sizinlə qürur duyuruq!
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi və Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə hazırlanan və düşmən tapdağından azad edilən Cocuq Mərcanlı kəndində keçirilən Xocalı soyqırımının qurbanlarını anma mərasimində məktəbli və tələbələrin çıxışı tədbir iştirakçılarının hədsiz maraqlarına səbəb oldu.Mən böyük məmnuniyyətlə, Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin direktoru xanım Əfsanə İbrahimovaya, Saatlı Kitabxana Sistemləri Şəbəkəsinin baş təlimatçısı, Respublikanın Əməkdar Mədəniyyət işçisi Mehdi Mehdizadəyə, Saatlı rayonundakı S.Vurğun adına 1 nömrəli tam orta məktəbin şagirdlərinə təşəkkür edirəm.
Tədbirin tam versiyası bu günlərdə youtube kanalında yerləşdiriləcəkdir.


Hörmətlə,


Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri,
Qarabağ qazisi, jurnalist.

Oxunub: 873
Oxşar xəbərlər
SON XƏBƏRLƏR