Ötən gün mediada haqqında yayılan xəbərlərə Azərbaycanlı jurnalist və prodüsser Aydın Ulusoy aydınlıq gətirib.
O, müsahibəsində, haqqında yazılanlara birmənalı şəkildə laqeyd qalmayacağını bildirib.
Bu xəbər kim tərəfindən yayılıbsa lazımı orqanlara çağrılacağını bildirən jurnalist eyni zamanda qeyd edib ki, bir çox xəbərlər və informasiya saytları məsələni araşdırmadan reklam xatirinə gündəmə gəlməyə çalışırlar.
Profesionallıqdan kənar olan həmkarlarımız bilməlidirlər ki, hansısa bir məlumat verilərkən qarşı tərəfin fikirləri öyrənilməlidir. Bu addım isə qeyri profesionallıqdan xəbər verir.
Aydın Ulusoy qarşı tərəf olaraq hüquqlarının pozulduğunu bildirərək deyir: -İnsan Hüquqları deyilən bir məhkəmə var və mən bununla bağlı tədbir görürəm. Media nümayəndələri əks tərəf olaraq məni dinləməyərək hazırladığları yazı ilə yaratdıqları "şou" görə cavan verəcəklər.
Aydın Ulusoy öz çıxışının sonunda bir daha onu qeyd etdi ki, jurnalist və prodüsser məsələsi ilə bağlı lazımı orqanlarına artıq müraciət etməyə hazırlaşır.
Djb.az