Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.
Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.