dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev 2 sərəncam imzaladı

İlham Əliyev 2 sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tofiq Ağahüseynovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Yaqub oğlu Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxunub: 806
Oxşar xəbərlər
SON XƏBƏRLƏR