Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ağır yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan verilən birgə məlumatda qeyd edilib.
Məlumata görə, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, “99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb.
Hadisə nəticəsində avtobusda olan 1964-cü il təvəllüdlü Məmmədov Rüstəm Ələsgər oğlu, 1974-cü il təvəllüdlü Teymurova Afət Seyfəddin qızı, 1961-ci il təvəllüdlü Cəfərova Sevda Mütəllim qızı, 1975-ci il təvəllüdlü Ağayeva Səbirə Nurəddin qızı, 1960-ci il təvəllüdlü Qurbanova Mətanət Əzim qızı, 1998-ci il təvəllüdlü Həsənov Taleh Fuad oğlu, 1975-cü il təvəllüdlü Sarıgen Vasili Alekseyeviç, 1998-ci il təvəllüdlü Hüseynli Müşviq Hicran oğlu, 1976-cı il təvəllüdlü Babayevə Tahirə İlyas qızı, 1959-cu il təvəllüdlü Nəbiyeva Şəfiqə Əkbər qızı, 1975-ci il təvəllüdlü Yedyayeva İrina Valeriyevna, 1981-ci il təvəllüdlü Əliisgəndərova Aygün Orucəli qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aygül Vüqar qızı, 2003-cü il təvəllüdlü Məhərrəmov Elcan Arzuman oğlu, 1938-ci il təvəllüdlü Quliyev Hüseynağa Sultan oğlu, 1938-ci il təvəllüdlü Namazov Sədi Qəhrəman oğlu, 1959-cu il təvəllüdlü Həsənova Nəcimə Hacıbala qızı, 1951-ci il təvəllüdlü Şahbanzəriyev Zəfər Zakir oğlu, 1970-ci il təvəllüdlü Bədəlova Gülüstan Piri qızı və 1991-ci il təvəllüdlü Bədəlova Elnaz Ənvər qızı olmaqla 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, avtobusun sürücüsü hadisə yerindən qaçıb. Hadisə nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların əksəriyyəti ilkin tibbi yardım alaraq evə buraxılıblar.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 807