Dünyanın ən xeyirxah insanlarıdı Oğuz türkləri.Tarixən vuruşan, zülm-zillətlə dədə-baba yurdunu qoruyan da onlar olub.Təəssüf ki, son 2 əsrdə rus şovinistlərinin lideri I Pyotrun "Parçala, hökm sür!" siyasəti nəticəsində Oğuz türklərini içəridən parçallamaq, vətəndaş müharibəsinə sürükləmək üçün gizli planlar, bu planları həyata keçirmək üçün çalışan gizli instittutlar var...
Əslən Şəmkir rayonundan olan göz həkimi, tibb elmləri doktoru, Prof.Paşa Qəlbinurla 30 ildi ki, ürək dostuyam.Ən çətin vaxtlarda bir-birimizə dayaq olmuşuq. Səmimi etiraf edim ki, P.Qəlbinur xristian dünyasının övladı olsaydı, təkcə kəşf etdiyi ixtiralara görə beynəlxalq "Nobel mükafatı" nı çoxdan almışdı. Təəssüf ki, hələ də onun xeyirxah əməllərini həzm edə bilməyənlər var.Paşa müəllimin bacısı, t.e.d.Sevinc Musayeva və Paşa müəllimin oğlu Tural Qəlbinur da göz həkimidir.Onlar da özlərinə görə böyük nüfuz sahibidirlər.
Son vaxtlar Prof.Paşa Qəlbinurla bağlı müəyyən dezinformasiya yayanlara bildirmək istəyirəm ki, Respublikanın ərazi bütöbvlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçıları olaraq biz, Allaha bağlı olan Paşa Qəlbinurun yanındayıq. Sevimli şairimiz ramiz Rövşən demişkən:
-"Daş atan bilirmi, nə günah eylər?.."
Şəfalı əllərin var olsun, dəyərli Doktorum mənim!
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri,
Qarabağ qazisi