dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin üç kəndində küçəyə çıxmaq qadağan edildi


Bitlis vilayətinin Tatvan mahalındakı üç kənd və ətraf məhəllələrdə növbəti xəbərdarlığa qədər küçəyə çıxmaq qadağan olunub.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Sallıca, Özekli və Təknəcik kəndləri ərazisində separatçı terror təşkilatı üzvləri sığınacaqlar qurub.


“5442 saylı Bölgə İdarəetmə Qanununun 11/C maddəsinə uyğun olaraq 3 iyul 2022-ci il bazar günü saat 12:00-dan (Bakı vaxtilə saat 13.00-dan) növbəti xəbərdarlığadək komendant saatı elan edilib. Tədbirdə məqsəd sözügedən bölgələrdə xalqımızın can və mal təhlükəsizliyini təmin etməkdir”, – deyə yerli hakimiyyət qurumlarından yayılan bildirişdə qeyd olunub.

Hazırda ərazidə xüsusi antiterror əməliyyatları keçirilir.

Oxunub: 294
Oxşar xəbərlər
SON XƏBƏRLƏR