dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada hərbi komissarlığı yandırmaq istədilər


Rusiyanın Vladivostok bölgəsində naməlum şəxslər taxtadan tikilmiş tarixi əhəmiyyətə malik binada yerləşən hərbi komissarlığı yandırmağa cəhd ediblər.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, iyunun 8-də səhər saatlarında iki naməlum şəxs hərbi komissarlığın taxta binasının divarına "Molotov kokteyli" atıb. Yanğın nəticəsində binanın üzlükləri zədələnib.

Məlumata əsasən, Rusiyada müharibə başlayandan bəri ən azı 18 hərbi komissarlıq yandırılıb.

Oxunub: 267
Oxşar xəbərlər
SON XƏBƏRLƏR