dini radikalizm və ekstremizmlə mübarizə

Müsəlman ölkələrindən Hindistana "ağıllı ol" mesajı

Müsəlman ölkələrindən Hindistana "ağıllı ol" mesajı

Hindistanlı siyasətçinin İslam peyğəmbəri haqqında səsləndirdiyi ifadələr İslam dünyasında ciddi etiraza səbəb oldu. Buna cavab olaraq Küveytdə supermarketlərdən Hindistan məhsulları yığışdırılıb.

İran isə qalmaqala səbəb olan Hindistanın hakim partiyasının sözçüsü tərəfindən Məhəmməd peyğəmbərlə bağlı açıqlamalarına görə Hindistan səfirini çağıran ən son Yaxın Şərq ölkəsi olub.

Djb.az-ın məlumatına görə, “Ölkə.Az” AFP-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Qətər və digər region ölkələri, eləcə də Qahirədəki nüfuzlu "Əl-Əzhər" Universiteti vəzifəsindən uzaqlaşdırılan Hindistan Baş naziri Narendra Modinin partiya sözçüsünün açıqlamalarını pisləyib.

Küveyt yaxınlığındakı bir supermarketdə düyü torbaları, ədviyyat və çili bibəri olan rəflər polietilenlə örtülmüşdü. Ərəbcə lövhələrdə belə yazılmışdı: “Hindistan mallarını yığışdırdıq”.

Hindistanın hakim “Bharatiya Janata” partiyasının sözçüsü Nupur Şarmanın Məhəmməd peyğəmbər və onun həyat yoldaşı haqqında fikirləri müsəlmanların hiddətinə səbəb olub.

Partiyanın lideri Modi təşkilatın sözçüsü Şarmanı “partiyanın mövqeyinə zidd olan fikirlər” ifadə etdiyi üçün vəzifəsindən uzaqlaşdırıb. O, bütün dinlərə hörmət etdiyini bəyan edib.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Körfəz ölkələri Hindistanın xaricdə işləyən işçiləri üçün əsas bölgələdir və dünya üzrə 13,5 milyon hindistanlı miqrantın 8,7 milyonu bu coğrafiyada çalışır.

Bu ölkələr Hindistan məhsullarının əsas idxalçılarıdır, Küveyt ərzaq məhsullarının 95 faizini idxal edir.

Oxunub: 304
Oxşar xəbərlər
SON XƏBƏRLƏR