dini radikalizm və ekstremizmlə mübarizə

Məlumatları yayıldıqdan sonra Çeçenistan hakimiyyəti “kadırovçular”ın yığımını DAYANDIRDI


Baş Kəşfiyyat İdarəsində məlumatları dərc edildikdən sonra Çeçenistan hakimiyyəti “kadırovçular”ın yığılımasını dayandırıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki u barədə Mixail Xodorkovski Telegram kanalında məlumat verib. Çeçenistan hakimiyyəti qərara alıb ki, qanunla problemi olan insanlar daha müharibəyə aparılmayacaq. Bu qərar Ukrayna kəşfiyyatının Çeçenistan hakimiyyəti tərəfindən cəlb edilmiş 2500-ə yaxın yaraqlının şəxsi məlumatlarını dərc etməsindən sonra verilib.

Məlum olub ki, “kadırovçular” arasında çoxlu cinayətkarlar və ekstremistlər, kriminal keçmişi olan onlarla insan var. Onların arasında – avtomobil fırıldaqçılığına görə 15 il həbs cəzası çəkən “Krasnoyarsk diyarında məşhur fırıldaqçı”; narkotik satıcısı; adam öldürməyə cəhdə görə cəza çəkmiş şəxs; psevdo miner və s. adamlar var.

BKİ-nin dərcindən sonra Çeçenistan hakimiyyəti öz bölmələrinə yığımı dayandırıb və bunu “Ukraynaya qarşı döyüşmək arzusunda olan çoxlu sayda adam”ın olması ilə izah edib.

Eyni zamanda, könüllülərin toplandığı Telegram kanalında bir mesaj yayılıb ki, qanunla problemi olan insanlar daha müharibəyə aparılmayacaq.

BKİ-nin məlumatına görə, Ukraynanın işğalında Çeçenistandan olan 2500-ə yaxın silahlı iştirak edib. Onlardan 100-ə yaxını öldürülüb, 300-ü yaralanib, 60-dan çoxu silah və sursatlarını qoyub Ukraynanı tərk edib.

Oxunub: 450
Oxşar xəbərlər
SON XƏBƏRLƏR