dini radikalizm və ekstremizmlə mübarizə

İsrail Lavrovun bəyanatından sonra Ukrayna ilə bağlı mövqeyini dəyişəcək


İsrail hakimiyyəti Ukrayna böhranı ilə bağlı neytral mövqe tuta bilməyəcək.

Djb.az banker.az-a istinadən xəbər verir ki, “The Jerusalem Post” qəzetinin yazdığına görə, vəziyyət Rusiya xarici işlər naziri Sergey Lavrovun yəhudilər haqqında verdiyi müsahibədən sonra dəyişib.

Eyni zamanda, nəşr vurğulayır ki, İsrail Rusiya ilə düşmənçilik etmək istəməməkdə maraqlıdır, çünki bu, qonşu Suriyadakı vəziyyətlə bağlı bumeranqa çevrilə bilər. Buna baxmayaraq, Lavrovun sözləri İsraili bitərəf tərəf kimi qalmaq imkanından məhrum edə bilər.

Nəşr həmçinin göstərir ki, İsrail rəhbərliyinin əvvəllər neytrallığa sadiq qalan yüksək vəzifəli şəxsləri Lavrovun bəyanatlarını açıq şəkildə tənqid etməyə başlayıblar.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı gözlənilməz açıqlama verib. Bu, İsrail mediasının diqqətini çəkib. “Zelenskinin yəhudi olması Ukraynadakı nasist elementləri inkar etmir. Səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi”, – deyə İsrailin 7-ci kanalı Lavrovun sözlərini sitat gətirib. O, həmçinin bildirib ki, yəhudilər özləri bəzi yəhudiləri əsas antisemit adlandırırlar.

Oxunub: 376
Oxşar xəbərlər
SON XƏBƏRLƏR