dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya müharibədə real itkilərini GİZLƏTMƏYƏ ÇALIŞIR - Britaniya kəşfiyyatı

Rusiya müharibədə real itkilərini GİZLƏTMƏYƏ ÇALIŞIR - Britaniya kəşfiyyatı

Rusiya Müdafiə Nazirliyi itkilərin real miqyasını gizlətmək üçün Ukraynada həlak olanların ailələrinə ödənişlərə nəzarət etmək istəyir.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir.

“Rusiya Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə təzminatın ödənilməsinə mülki məmurların deyil, hərbçilərin nəzarət etməsini təklif edir. Bu, itkilərin real miqyasını əhalidən gizlətmək istəyi ilə diktə oluna bilər”, – hesabatda deyilir.

Kəşfiyyat həmçinin hesab edir ki, Rusiya Federasiyası zərbənin diqqətini Donbasın tam işğalına yönəltmək qərarına gəldikdən sonra çox az uğur əldə edib.

“Lazımi maddi-texniki və döyüş dəstəyi olmadan, nəzərəçarpacaq irəliləyişdən danışmaq mümkün deyil. Rusiya Mariupolda “Azovstal” zavoduna hücum etməkdənsə, oranı bloklamaq qərarına gəldi. Mariupolda Ukrayna da bir çox rus bölmələrini məhv edib və onların döyüş qabiliyyətini aşağı salıb”, – deyə departament əlavə edib.

Oxunub: 352
Oxşar xəbərlər
SON XƏBƏRLƏR