dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə rusiyalı turistlər üçün ikinci aviaşirkət yaradacaq

Türkiyə rusiyalı turistlər üçün ikinci aviaşirkət yaradacaq

Türkiyənin Antalya şəhərində Rusiyadan turist daşımaq üçün ikinci aviaşirkət yaradılacaq.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “Airporthaber” portalı məlumat yayıb.

“MGA (Mavigok Aviation) Türkiyə Mülki Aviasiya Qurumundan öncədən icazə alıb. Avişirkətin yaradılmasını ən qısa zamanda başa çatdırmaq planlaşdırılır”, - deyə məlumatda bildirilir.

Daşıyıcının dörd təyyarə ilə uçuşlar həyata keçirəcəyi də bildirilir. Söhbət iki "Boeing 737-900" və iki "Boeing 777"-dən gedir.

Daha əvvəl bildirilmişdir ki, mayın sonunda rusiyalı turistləri daşımaq üçün yaradılan Southwind Airlines Antalyada fəaliyyətə başlayacaq.

Oxunub: 292
Oxşar xəbərlər
SON XƏBƏRLƏR