Rusiyanın baş naziri Mixail Mişustin Rəqəmsal İnkişaf Nazirliyinə “App Store” və “Google Play” kimi tətbiqlərin yerli versiyasını yaratmağı tapşırıb.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə o, Dövlət Dumasında hesabatla çıxışı zamanı bildirib.
Mişustin qeyd edib ki, “App Store” və “Google Play” rusiyalı istifadəçilərin proqram yükləmək imkanlarını məhdudlaşdıra bilər. Ona görə də, baş nazir iyunun 1-dək yerli ekosistemin hazırlanmasını tapşırıb:
“Bunun üçün hər şeyimiz var. Ekosistemin elə elementləri var ki, onları yalnız tamamlamaq lazımdır” – deyə baş nazir vurğulayıb.
Oxunub: 363