dini radikalizm və ekstremizmlə mübarizə

"Rusiya bütün qüvvəsini cəmləyib, bu iki şəhərə güclü zərbə endirəcək" - KƏŞFİYYAT

"Rusiya bütün qüvvəsini cəmləyib, bu iki şəhərə güclü zərbə endirəcək" - KƏŞFİYYAT

“Rusiya Kramatorsk və Konstantinovkanın kütləvi şəkildə atəşə tutulmasını planlaşdırır”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu kəşfiyyatın əldə etdiyi məlumatlara əsasən Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib.

Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, hücum üçün cəmləşmə Rusiyanın ənənəvi halına qayıdışıdır:

“Kütləvi raket, artilleriya və canlı qüvvənin hücuma cəmlənməsi ənənəvi Rusiya hərbi doktrinasına qayıdış deməkdir”.

Nazirlik Mariupolda gərgin döyüşlərin getdiyini də əlavə edib.

Qeyd edək ki, Britaniya MN daha əvvəl Rusiyanın Donetsk və Mariupola fosfor bombaları atacağı ilə bağlı məlumat yayıb. Çox keçmədən Rusiyanın Donetsk və Mariupolda fosfor bombalarından istifadə etməsi ilə bağlı xəbər və görüntülər yayılıb.

Xatırladaq ki, aprelin 8-də Rusiya minlərlə insanın təxliyə qatarını gözlədiyi Kramatorsk dəmiryolu vağzalına raket atıb. Hücum nəticəsində həlak olanların sayı 5-i uşaq olmaqla 57 nəfərə çatıb.

Oxunub: 380
Oxşar xəbərlər
SON XƏBƏRLƏR