dini radikalizm və ekstremizmlə mübarizə

Anonymous hakerləri 120 min rus hərbçinin MƏLUMATLARINI YAYDI

Anonymous hakerləri 120 min rus hərbçinin MƏLUMATLARINI YAYDI

Anonymous haker qrupu minlərlə rus hıərbçiyə aid məlumatları paylaşıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Twitter-də anonim məlumat yayılıb. Anonymous qrupunun hakerləri Rusiya Federasiyasının daha bir məlumat bazasını sındırıblar. Onlar Ukraynaya döyüşməyə gələn 120 min rus əsgərinin məlumatlarını açıqlayıblar.

Hakerlər bildirib ki, bütün cinayətkarlar tribunal qarşısına çıxarılmalıdır.

“Ukraynada işğalda iştirak edən bütün əsgərlər hərbi tribunala çıxarılmalıdır”, – qrupun bəyanatında deyilir.

Ukrayna xalqına qarşı döyüşən rus hərbçilərinin tam siyahısı Ukrayna mediasında yayılıb.

Oxunub: 362
Oxşar xəbərlər
SON XƏBƏRLƏR