dini radikalizm və ekstremizmlə mübarizə

Çernobılda ağır radiasiya dozası almış rus əsgərləri Belarusa APARILDI

Çernobılda ağır radiasiya dozası almış rus əsgərləri Belarusa APARILDI

Rus əsgərləri Çernobıl zonasında ciddi radiasiyaya məruz qalıblar. Bu, onların ölümü ilə nəticələnə bilər.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Ukraynanın İstisna Zonasının İdarə Edilməsi üzrə Dövlət Agentliyi yanında İctimai Şuranın üzvü Yaroslav Yemelyanenko Facebook-da bildirib.

Çernobıl AES zonasından şüaya məruz qalmış Rusiya hərbi qulluqçuları Qomeldəki Belarus Radiasiya Təbabəti Mərkəzinə gətirilib.

“Çernobıl zonasını ələ keçirmiş radiasiyaya məruz qalan rus əsgərlərinin daha bir partiyası bu gün Qomeldəki Belarus Radiasiya Tibb Mərkəzinə gətirilib. Qırmızı Meşədə səngər qazırdınız? İndi qalan ömrünüz boyu bununla yaşayın”, – deyə Yemelyanenko yazıb.

Rusiya hərbçiləri radiasiyadan qorunmayan “Qırmızı Meşə”dən keçiblər. Onlar hazırda radiasiya, kimyəvi və bioloji mühafizə geyimləri olmayan təhlükəli ərazidədirlər.

O qeyd edib ki, bu ərazi ilə işləmək qaydaları var: “Onlar məcburidir, çünki radiasiya fizikadır, statusundan və rütbədən asılı olmayaraq işləyir”.

Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyası fevralın 24-də rus qoşunlarının nəzarətinə keçib.

Oxunub: 427
Oxşar xəbərlər
SON XƏBƏRLƏR