dini radikalizm və ekstremizmlə mübarizə

Əfqanıstanda təxliyə zamanı itən körpə aylar sonra ailəsinə qovuşdu - FOTOLAR

Əfqanıstanda təxliyə zamanı itən körpə aylar sonra ailəsinə qovuşdu - FOTOLAR

Taliban Əfqanıstanın paytaxtı Kabildə nəzarəti ələ keçirən ərəfədə ABŞ əsgərlərinə təhvil verilən əfqan körpənin taleyi məlum olub. Dünyanın göz yaşları ilə izlədiyi həmin fotoda əks olunan körpə nəhayət ki, ailəsinə qovuşub.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, avqust ayında Talibanın yenidən qurulması ilə minlərlə əfqan öz ölkəsini tərk etməyə, Kabil hava limanına axın etməyə başlamışdı.

Həmin günlərin birində 2 aylıq Süheyl Əhmədi adlı körpə hasarın üstündən Amerika əsgərlərinə verilmişdi. Lakin ailəsi hava limanına daxil olanda körpəni tapa bilməmişdilər. Bütün axtarışlar nəticəsiz qaldəqdan sonra Süheylin atası, ABŞ səfirliyində mühafizəçi işləyən Mirzə Əli Əhmədi, anası Sürəyya və daha dörd uşaq ABŞ-a aparılmaq üçün təxliyyə təyyarəsinə mindirilib. Ailə aylarla Süheylin harada olduğunu öyrənə bilməyib.

Lakin ötən ilin noyabr ayında Süheylin axtarışı ilə bağlı yeni xəbərlər ortaya çıxmağa başladı və körpənin 29 yaşlı Həmid Safi adlı taksi sürücüsündə olduğu məlum oldu. Onun ailəsi Süheylə Məhəmməd Abed adını verib və onun digər övladları ilə çəkdirdiyi fotolarını Facebook səhifəsində yerləşdirib.

Süheylin harada olduğunun tam təsdiqlənməsi ilə Bədəhşan əyalətində yaşayan babası Məhəmməd Kasım Rəzəvi körpənin geri qaytarılmasını tələb etmək üçün Kabilə səfər edib. Lakin Safi körpəni geri verməkdən imtina edib və onun və ailəsinin də ABŞ-a təxliyə edilməsini tələb edib.

Məlumata görə, yeddi həftəlik danışıqlardan sonra Taliban polisi iki ailə arasında razılaşma yarada bilib və körpə şənbə günü babasına qaytarılıb.

Hazırda ABŞ-ın Miçiqan ştatında yaşayan ailə uşaqlarının tezliklə onlara gətirilməsi üçün lazımi tədbirlərin görüləcəyinə ümid edir./Musavat.com


Oxunub: 516
Oxşar xəbərlər
SON XƏBƏRLƏR