dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistan prezidenti 54 gün ölkədə olmayıb: Sarkisyan hara yoxa çıxıb? – Vardanyandan İLGİNC AÇIQLADI

Ermənistan prezidenti 54 gün ölkədə olmayıb: Sarkisyan hara yoxa çıxıb? – Vardanyandan İLGİNC AÇIQLADI

“Ermənistan” fraksiyasından olan deputat Aqvan Vardanyan Ermənistan prezidenti Armen Sarkisyanın 54 gündür ölkədə olmadığını bəyan edib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Aqvan Vardanyanın açıqlaması ölkədə səs-küy yaradıb:

“2021-ci il iyulun 1-dən, oktyabrın 31-dək 122 gün edir. Bunun 85-i iş günüdür. Bu 85 günün 54 gününü Armen Sarkisyan Ermənistandan kənarda keçirib” – deyə deputat bildirib.

Onun sözlərinə görə, Armen Sarkisyan bu günlərdə təxminən 7 xarici ölkədə olub:

“Baxın, prezident ən mühüm dövlət institutlarından biridir. Və əgər bu institutun ümumi xərclərinin təxminən 25-30 faizi yalnız xarici səfərlər üçün israf olunursa, o zaman məndə bu qurumun öz funksiyalarını düzgün yerinə yetirməsi ilə bağlı şübhələr yaranır” – Aqvan Vardanyan vurğulayıb.

Oxunub: 423
Oxşar xəbərlər
SON XƏBƏRLƏR