Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 219 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.
Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 675 771, ölənlərin sayı isə 9 588 nəfərə çatıb.
Virusa yoluxanlardan 619 258 nəfərin sağaldığı bildirilir.
Oxunub: 624