dini radikalizm və ekstremizmlə mübarizə

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi

Dağıstanın Buynak rayonunun ayrı-ayrı ərazilərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a respublikanın Operativ Qərargahından bildirilib.

“Buynak rayonunun ayrı-ayrı ərazilərində 10 sentyabr 2021-ci il saat 04:55-dən etibarən antiterror əməliyyatının hüquqi rejiminin tətbiqi barədə qərar qəbul edilib”, - həmsöhbət deyib.

Onun sözlərinə görə, rejim zamanı bəzi məhdudiyyətlər tətbiq olunacaq: pasport nəzarəti, avtomobil nəqliyyatına baxış və s.

TASS-ın Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, rayonda yaraqlıların mümkün hərəkət və yeri haqqında operativ məlumatın işlənməsi gedir.

Oxunub: 493
Oxşar xəbərlər
SON XƏBƏRLƏR