dini radikalizm və ekstremizmlə mübarizə

Amerikalı hərbçilər “Baqram” aviabazasını xəbərsiz tərk ediblər

Amerikalı hərbçilər “Baqram” aviabazasını xəbərsiz tərk ediblər

Amerikalı hərbçilər Əfqanıstanda “Baqram” adlı nəhəng aviabazanı heç bir xəbərdarlıq etmədən tərk ediblər.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Rossiya 24” telekanalı yayıb. Bildirilir ki, hərbçilər bazanın yeni əfqan komandirini əvvəlcədən məsələ ilə bağlı xəbərdar etmədən gecə ilə bazanı tərk ediblər. Nəticədə, elektrik enerjisi kəsildikdən və amerikalılar getdikdən dərhal sonra əraziyə qarətçilər gələrək kazarma və anbarları talayıblar.

Məlumata görə, əfqan hərbçilər vəziyyəti hələ indi ələ almağı bacarıblar. Bazada qarətçilərin qoyub getdikləri zibil yığınları hələ də təmizlənir. Amerikalı hərbçilərin gedişinin nəticələrini aradan qaldırmaq üçün üç gün tələb olunub.

Qeyd olunur ki, Əfqanıstanı indi də ingilislər tərk edir. Lakin aydın olub ki, hətta onlar öz hərbi qüvvələrini ölkədən çıxarsalar belə, respublika ərazisində hər hansı bir terror təhlükəsi yarandığı halda zərbə endirmək hüquqlarını qoruyurlar.

Oxunub: 664
Oxşar xəbərlər
SON XƏBƏRLƏR