dini radikalizm və ekstremizmlə mübarizə

Çili prezidenti: "COVID-19 səbəbindən səhiyyə sistemimiz çökmək üzrədir"

Çili prezidenti: "COVID-19 səbəbindən səhiyyə sistemimiz çökmək üzrədir"

Çilinin səhiyyə sistemi koronavirusa yoluxma hallarının artması səbəbindən çökmə həddinə çatıb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Sebastyan Pinyera bildirib.

“Koronavirusun təkrar dalğası Çiliyə ağır ziyan vurub. Səhiyyə sistemimiz öz imkanları xaricində çalışır, amma xəstələr lazımi müalicəni almaqda davam edirlər”, - deyə prezident virusa qarşı peyvəndləmə kampaniyası ilə bağlı təşkil olunmuş mətbuat konfransında bildirib

Pinyera hökumətin pandemiya ilə mübarizədə “səhvlərə yol verdiyini” etiraf edib, ancaq bildirib ki, rəsmi qurumlar heç vaxt koronavirus təhlükəsinə laqeyd yanaşmayıblar.

Oxunub: 355
Oxşar xəbərlər
SON XƏBƏRLƏR