dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstana “Pfizer” vaksininin ilk partiyası çatdırılıb

Gürcüstana “Pfizer” vaksininin ilk partiyası çatdırılıb

Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə “Pfizer” vaksininin ilk partiyası çatdırılıb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, 30 min dozadan ibarət ilk partiyanı daşıyan təyyarə gecə saatlarında Tbilisi Hava Limanına eniş edib.

ABŞ-dan gətirilən vaksinlər ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinə təhvil verilib. Vaksinlərin tibb işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan vətəndaşların peyvəndlənməsi üçün istifadə ediləcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstan daha əvvəl martın 13-də 43 200 doza “AstraZeneca” vaksini əldə edib. Martın 15-dən ölkədə tibb işçilərinin vaksinasiyasına başlanılıb. Apreldə əlavə 86 400 doza “AstraZeneca” vaksininin qonşu ölkəyə çatdırılması planlaşdırılıb.

Oxunub: 564
Oxşar xəbərlər
SON XƏBƏRLƏR