dini radikalizm və ekstremizmlə mübarizə

Moskva Şəhər Dumasının deputatı saxlanılıb

Moskva Şəhər Dumasının deputatı saxlanılıb

“Yabloko” fraksiyasından olan Moskva Şəhər Dumasının deputatı Sergey Mitroxin saxlanılıb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə deputat özü məlumat verib.

O qeyd edib ki, Moskvada icazəsiz kütləvi aksiya təşkil etdiyi iddiası ilə saxlanılıb: “Paytaxtın Tver bölgəsində yerləşən polis bölməsinə aparıldım, lakin qısa müddət sonra sərbəst buraxıldım”.

Duma üzvü əlavə edib ki, 23 yanvar tarixində icazəsiz aksiyada iştirak etdiyinə görə ona qarşı inzibati protokol tərtib edilib, məhkəmə martın 18-nə təyin edilib: “Məndən 70 metr məsafədə yataqxanaların sakinləri piketi keçirirdi, mən şəxsən piketdə iştirak etməmişəm. Vəklimi gözləyirəm”.

Oxunub: 390
Oxşar xəbərlər
SON XƏBƏRLƏR