dini radikalizm və ekstremizmlə mübarizə

Belarus müxalifəti: “Ukrayna ssenarisini istəmirik”

Belarus müxalifəti: “Ukrayna ssenarisini istəmirik”

Belarusda keçmiş prezidentliyə namizəd Valeri Çepkalo 21 avqust cümə günü keçirdiyi brifinqdə müxalifətin Ukraynadakı ssenarinin ölkədə təkrarlanmasını istəmədiyini deyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna mediası yayıb.

“Biz Ukrayna ssenarisini həyata keçirmək istəmirik. İnqilab oldu və bu inqilab seçki prosesindən kənarda baş verdi” deyib Çepkalo.

Onun sözlərinə görə, Belarus müxalifəti istəyir ki, Qərb ölkələri Svetlana Tixanovskayanı ölkənin qanuni seçilmiş prezidenti kimi tanısın.

“Biz dünya ictimaiyyətini bunu tanımağa çağırırıq. Düzdür, ölkəmizdə də Venesueladakı kimi ikili hakimiyyət yarana bilər. Prinsipcə bu da mümkündür” deyib.

O, həmçinin hesab edir ki, hazırda Belarusun Avropa Birliyinə daxil olmaq imkanı yoxdur və buna səy göstərməməlidir.

Müxalifətçi bildirir ki, bu, əhalinin kütləvi şəkildə ölkədən çıxarılmasına səbəb olardı, “özümüzə belə bir məqsəd qoysaq, Belarus əhalisinin yarısını itirəcəyik”.

Eyni zamanda o, qonşu ölkələr və digər dövlətlərlə tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini qeyd edib.

“Biz Almaniyanı, Böyük Britaniyanı, ABŞ-ı, Kanadanı və digər ölkələri bizim üçün əhəmiyyətli bir investisiya və bilik mənbəyi olaraq nəzərdən keçirməyə borcluyuq. Hər kəsə açıq olmalıyıq və yalnız bu kateqoriyada düşünməliyik”. Çepkalo deyib.

Xatırladaq ki, Belarusda hakimiyyətin təhvil verilməsi üzrə Koordinasiya Şurası fəaliyyətə başlayıb. Üzvlərinə qarşı hakimiyyəti ələ keçirmə maddəsi ilə cinayət işi açılıb və dindirilməyə çağrılıb.

Oxunub: 531
Oxşar xəbərlər
SON XƏBƏRLƏR