dini radikalizm və ekstremizmlə mübarizə

Kolumbiyada yanacaq maşını partlayıb, 7 nəfər ölüb, 50-dən çox insan yanııq xəsarəti alıb

Kolumbiyada yanacaq maşını partlayıb, 7 nəfər ölüb, 50-dən çox insan yanııq xəsarəti alıb

Kolumbiyada yanacaq maşınının partlaması nəticəsində azı 7 nəfər ölüb, 50-dən çox insan yanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Puebloviexo bələdiyyəsinin başçısı Fabian David Obispo Facebook səhifəsində yazıb.

Qeyd edilib ki, partlayış baş verən anda yanacaq maşınının yaxınlığında əllərində benzinlə dolu bidonlar olub.

Bələdiyyə başçısının sözlərinə görə, qurbanların sayı ilə bağlı rəsmi məlumat daha sonra açıqlanacaq.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb edilib.

Oxunub: 496
Oxşar xəbərlər
SON XƏBƏRLƏR