dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir


Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi bu gün ləğv ediləcək.

APA xəbər verir ki, bu barədə Gürcüstanın hökümət administrasiyasının rəhbəri Natia Mezvrişvili məlumat verib. Bildirib ki, epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq kənddə sərt karantin rejiminin tətbiqi bu gündən dayandırılacaq.

Qeyd edək ki, yeni növ koronavirusun yayılması ilə əlaqədar olaraqkənddə mayın 15-dən etibarən sərt karantin rejiminin tətbiqinə başlanılıb.

Oxunub: 496
Oxşar xəbərlər
SON XƏBƏRLƏR