dini radikalizm və ekstremizmlə mübarizə

İranda sərnişinlər uçuş zamanı məcburi qaydada tibbi maska taxacaq

İranda sərnişinlər uçuş zamanı məcburi qaydada tibbi maska taxacaq

“İranda bütün sərnişinlərindən uçuş zamanı təyyarədə tibbi maska taxmaq tələb olunacaq”.

APA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Reza Cəfərzadə bildirib.

O qeyd edib ki, bütün aviaşirkətlər sərnişinlərə zəruri tibbi dəstlər, o cümlədən maskalar verəcək: “Səyahət edənlər təyyarəyə minəndən sonra onlardan istifadə etməyə borcludurlar. Bu tədbirlər Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq həyata keçiriləcək”.

R.Cəfərzadə əlavə edib ki, bütün prosedurlar Mülki Aviasiya Təşkilatının əməkdaşları tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, mayın 2-də İran hökuməti tərəfindən verilən qərara görə, Tehranda ictimai nəqliyyatda da (metro, avtobuslar və taksilər) sərnişinlərin tibbi maska taxması məcburidir.

Oxunub: 512
Oxşar xəbərlər
SON XƏBƏRLƏR