dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ koronavirus həqiqətlərinin gizlədilməsinə görə Çinə qarşı sanksiya tətbiq edə bilər

ABŞ koronavirus həqiqətlərinin gizlədilməsinə görə Çinə qarşı sanksiya tətbiq edə bilər

ABŞ administrasiyası Çin hakimiyyətinin yeni növ koronavirusla bağlı məlumatları gizlətməsinə görə bu ölkəyə qarşı tədbirlər hazırlayır, sanksiyaların tətbiqi və Amerika borc öhdəliklərinin sıfırlanması kimi addımları gözdən keçirir.

Bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-ın müxtəlif dairələrinin nümayəndələri bu məqsədlə uzunmüddətli müvafiq planlar hazırlayır.

“Bu planlara sanksiyaların tətbiqi, ABŞ-ın borc öhdəliklərinin sıfırlanması və ya ticarət sahəsində yeni qaydaların qoyulması daxildir”, - deyə telekanalın məlumatında qeyd olunub.

“CNN” saytında bildirilir ki, bəzi ABŞ administrasiya rəsmiləri, həmçinin çox tələsik qərar verməkdən ehtiyat edirlər. Çünki indi pandemiya sonrası lazım olan tibbi ləvazimatlarla ABŞ-ı məhz Çin təmin edir. //apa.az

Oxunub: 490
Oxşar xəbərlər
SON XƏBƏRLƏR