Türkiyənin ali və orta məktəblərində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar buraxılan dərslər yay tətilinin müəyyən müddəti ilə kompensasiya olunacaq.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuq bildirib.
Nazir qeyd edib ki, bu, tələbə və şagirdlərin yay tətilinin tamamilə ləğv olunması anlamına gəlməməlidir: “Qismən və sürətləndirilmiş kompensasiya müddəti yay tətilinin aradan qaldırılması demək deyil. Türkiyə Böyük Millət Məclisində təsdiqlənən müvafiq qanundakı dəyişikliklərin tətbiqi tələbə və şagirdlərimizin yayda kifayət qədər istirahətlərinə də imkan verəcək”.
Oxunub: 484