dini radikalizm və ekstremizmlə mübarizə

Çeçenistanda da toylar qadağan edildi

Çeçenistanda da toylar qadağan edildi

Rusiyanın Çeçenistan Respublikasında koronavirus səbəbindən toylar və nikah mərasimləri qadağan edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çeçenistan müftisinin müavini Adəm İlyasov bildirib. Onun sözlərinə görə, qadağa müvəqqəti xarakter daşıyır və şəriət qanunlarına zidd deyil. Bu qadağa respublikada Covid-19-la bağlı vəziyyət sabitləşəndən sonra aradan götürüləcək. Qərarı pozanlar cərimələnəcək.

Qeyd edək ki, Çeçenistanda 49 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 15-i sağalıb, 5-i isə dünyasını dəyişib.

Oxunub: 434
Oxşar xəbərlər
SON XƏBƏRLƏR