Fransada son sutka ərzində 186 nəfər koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən dünyasını dəyişib. Ölkədə bu virusdan ölənlərin ümumi sayı 860 nəfərdir.
APA “TASS”-a istinadən xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Olivye Veran mətbuat konfransında deyib.
“Ümumilikdə koronavirusa yoluxanların sayı 19856 nəfərdir, 860 nəfər ölüb, ümumilikdə 8675 nəfər xəstəxanaya yerləşdirilib, 2082 nəfər reanimasiyadadır”, - nazir belə deyib.
Oxunub: 473