dini radikalizm və ekstremizmlə mübarizə

İranda Novruz bayramı ilə əlaqədar 10 minə yaxın məhbus əfv ediləcək

İranda Novruz bayramı ilə əlaqədar 10 minə yaxın məhbus əfv ediləcək

İranın məhkəmə orqanları Ali lider Əli Xameneinin təsdiq etdiyi əfv fərmanına əsasən, 10 minə yaxın məhbusu azad edəcək.

APA İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sözçüsü Qolyam Hüseyin İsmaili açıqlama verib.

O bildirib ki, əfvə düşən məhbusların yarıdan çoxu ölkənin təhlükəsizliyinə təhdid yaradan işlərə görə məhkum edilib.

Qeyd edək ki, İran konstitusiyasına görə, Ali lider Ali Məhkəmə sədrinin tövsiyəsi ilə məhkumların cəzalarını azaltmaq və ya əfv etmək hüququna malikdir.

Xatırladaq ki, sonuncu dəfə bu il fevralın 10-da İslam İnqilabının ildönümü münasibətilə ölkədə 2 min 300 məhkum əfv edilmişdi.

Oxunub: 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR