Ermənistanda 6 yeni koronavirusa yoluxma halı aşkar edilib, bununla da yoluxanların ümumi sayı 78 nəfərə çatıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Arsen Torosyan məlumat verib.
Bundan əvvəl ölkə rəsmiləri 72 yoluxma halının qeydə alındığını bildirmişdilər.
Bu arada, Ermənistanda 500 nəfərin işlədiyi toxuculuq fabrikinin əməkdaşları koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıblar. Ölkənin Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və profilaktikası şöbəsinin əməkdaşı, epidemioloq Lusine Paronyanın bildirdiyinə görə, koronavirusa yoluxma halının təsdiqləndiyi şəxslərlə əlaqədə olanlar da izolyasiya ediliblər.
“Bəziləri Tsaxkadzorda, bəziləri isə Dilicanda karantinə yerləşdiriliblər. İtalyanlarla əlaqədə olanlar öz evlərində izolyasiya ediliblər”, - Paronyan belə deyib.
Oxunub: 480