dini radikalizm və ekstremizmlə mübarizə

MAR-da hərbi toqquşmalarda 50 nəfər ölüb

MAR-da hərbi toqquşmalarda 50 nəfər ölüb

Ötən həftə sonu Mərkəzi Afrika Respublikasında (MAR) hərbi birləşmələr arasında baş vermiş toqquşmalarda 50 nəfər ölüb.

APA-nın “France-Presse”ə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün yerli hakimiyyətin nümayəndəsi Evarist Binqvinidji məlumat verib.

Onun sözlərinə görə, hadisə MAR-ın şərqində yerləşən Bria şəhərində qeydə alınıb.

“50 nəfərə yaxın şəxs öldürülüb, onlardan artıq əksəriyyəti dəfn olunub. Ölənlərin dəqiq sayını söyləmək çətindir”, - deyə o vurğulayıb.

40 min nəfərdən çox əhalisi olan Bria şəhəri Haute-Kotto prefekturasının inzibati mərkəzdir, şəhər almaz yataqları ilə zəngindir. Yanvarın 25-də şəhərə nəzarət uğrunda hərbi birləşmələr arasında toqquşma baş verib. Bildirilib ki, qarşıdurmada özünümüdafiə dəstələri və “Seleka” silahlı müsəlman qruplaşmasının döyüşçüləri iştirak ediblər.

Xatırladaq ki, 2012-ci ildən etibarən MAR-da vətəndaş müharibəsi gedir.

Oxunub: 474
Oxşar xəbərlər
SON XƏBƏRLƏR