dini radikalizm və ekstremizmlə mübarizə

Nigeriyada quldurların bir kəndə hücumu nəticəsində azı 14 nəfər ölüb

Nigeriyada quldurların bir kəndə hücumu nəticəsində azı 14 nəfər ölüb

Nigeriyanın Zamfara ştatında bir qrup silahlı şəxs tərəfindən edilən basqın nəticəsində azı 14 nəfər öldürülüb.

APA xəbər verir ki, bu barədə yerli “Daily Post” qəzeti ştat polisinə istinadən məlumat yayıb. Polis nümayəndəsinin sözlərinə görə, hadisə çərşənbə günü baş verib.

Şahidlər bildirir ki, səhər saat 9 radələrində motosikletdə olan 40-dan çox adam kəndə girib. Cinayətkarlar sakinlərə evlərini tərk etməmələrini tapşırıb, özləri isə evlərə soxularaq mobil telefonları, pulları və digər qiymətli əşyaları, həmçinin mal-qara və digər heyvan sürülərini onların əllərindən alıblar: “Onlar sakinlərə bir cihad missiyası ilə gəldiklərini və hər hansı bir müqavimətin bütün kənd üçün böyük bir səhv olacağını deyirdilər”.

Hücumun məsuliyyətini hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Oxunub: 444
Oxşar xəbərlər
SON XƏBƏRLƏR