Tailandın cənubunda Yala əyalətindəki keçid məntəqəsinə silahlı hücum edilib.
APA “Reuters”ə istinadla xəbər verir ki, silahlı insident nəticəsində 15 nəfər öldürülüb, 4 nəfər yaralanıb.
Yerli təhlükəsizlik qüvvələrinin yaydığı xəbərdə bildirilib ki, atışmadan sonra təcavüzkarlar təqib edilib.
Hüquq-mühafizə orqanları hücumun yerli separatçılar tərəfindən həyata keçirildiyini düşünür. Hökumət rəsmiləri silahlı insidenti son illərdə yaşanmış ən böyük hadisə kimi dəyərləndirib.
Qeyd edək ki, hadisəni törədən silahlı qruplar 2004-cü ildən bəri Tailandın müsəlmanların kompakt yaşadığı cənub hissəsində məskunlaşıb.
Onların istəyi yaşadıqları ərazidə - Pattani, Yala və Narathivat əyalətlərində sultanlıq yaratmaqdır.
Xatırladaq ki, bölgədə silahlı insidentlər və partlayışlar nəticəsində indiyədək 7 minə yaxın insan həlak olub.
Oxunub: 480