dini radikalizm və ekstremizmlə mübarizə

Fransada baş vermiş silahlı insident zamanı 6 nəfər yaralanıb

Fransada baş vermiş silahlı insident zamanı 6 nəfər yaralanıb

Fransanın cənubundakı Marsel şəhərində silahlı şəxsin bara hücumu zamanı 6 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı şəxs şəhərin 15-ci məhəlləsindən bara gəlib və burada odlu silahla insanlara atəş açıb. Daha sonra naməlum istiqamətdə gedərək gizlənib.

Bütün yaralılar ən yaxın xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Barın ətrafı bağlanıb, polis hadisənin bütün təfərrüatlarını, habelə günahkarın şəxsiyyətini müəyyənləşdirməyə çalışır. Ehtimal olunur ki, insident iki kriminal dəstə arasında yaranmış konflikt nəticəsində baş verib.

Oxunub: 551
Oxşar xəbərlər
SON XƏBƏRLƏR