dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ Prezidenti: Bağdadi öldürülüb

ABŞ Prezidenti: Bağdadi öldürülüb

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi dünən gecə ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp bəyan edib.

D. Tramp DNA testinin keçirildiyini və öldürülən şəxsin İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyib: “Rusiyaya, Türkiyəyə, Suriyaya, İraqa və suriyalı kürdlərə İŞİD terror təşkilatının liderinin öldürülməsində bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Texnologiyanın yardımı ilə o terrorçunun tuneldə öldürülməsini Müdafiə Naziri və bir neçə generalla birlikdə izlədik. Əbubəkr əl-Bağdadinin yanındakı terrorçular müqavimət göstərməyə çalışsalar da, qısa müddətdə zərərsizləşdirildilər. Tuneldə gizlənən Əbubəkr əl-Bağdadi 3 uşağını da yanında götürərək qaçmağa başladı. Həmin tunelin çıxışı yox idi. Üzərindəki partlayıcı qurğunu işə saldı, özü ilə bərabər 3 uşağını da öldürdü. Əməliyyatda bir amerikalı əsgər belə yaralanmadı. Əbubəkr əl-Bağdadi bir qorxaq köpək kimi öldürüldü”.

Qeyd edək ki, bu gün “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyü barədə məlumat yayıb. Pentaqon Ağ Evə keçirilən əməliyyat zamanı böyük əminliklə İŞİD liderinin öldürüldüyü barədə məlumat verib. Jurnal yazıb ki, ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl əməliyyatın keçirilməsini dəstəkləyib. D. Tramp artıq “Twitter” sosial şəbəkəsindəki səhifəsində “çox əhəmiyyətli hadisə”nin baş verdiyini yazıb. Ancaq ABŞ Prezidenti hansı hadisənin baş verdiyinə aydınlıq gətirməyib. Sonradan Ağ Evin mətbuat xidməti D. Trampın bu gün yerli vaxtla saat 09.00-da (Bakı vaxtı ilə saat 17.00) vacib bəyanat verəcəyini açıqlayıb.

Oxunub: 567
Oxşar xəbərlər
SON XƏBƏRLƏR