Boliviyanın sonuncu prezidenti Evo Morales prezident seçkilərinin ilk turunda qalib gəlib.
APA “Frans-Press”ə istinadla xəbər verir ki, səslərin 99.9 faizi hesablanıb və məlum olub ki, Morales 47.07 faiz, ən yaxın rəqibi Karlos Mesa isə 36.51 faiz səs toplayıb.
Morales müxalif namizəddən 10 faizdən çox səslə üstündür ki, bu da onun seçkilərin ilk turunda qələbəsini təmin edir.
Qeyd edək ki, bazar günü Boliviyada prezident və parlament seçkiləri keçirilib. İlk nəticələr seçki məntəqələrinin bağlanmasından təxminən dörd saat sonra açıqlanıb.
Mövcud qanunvericiliyə görə, ilk turda qalib gəlmək üçün namizəd 50% -dən çox xal toplamalıdır. Rəqiblə 10 faiz fərq yarandıqda isə, azı 40 faiz səs toplamaq tələb olunur.
Oxunub: 464