dini radikalizm və ekstremizmlə mübarizə

Avropa ölkələri Ankaraya silah ixracını dayandırır

Avropa ölkələri Ankaraya silah ixracını dayandırır

Almaniya kansleri Angela Merkel bəyan edib ki, federal hökumət kürdlərə qarşı hərbi əməliyyata görə artıq Türkiyəyə silah satmayacaq.
APA BBC-yə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Türkiyə Suriyada atəşkəsə razılıq verməzdən əvvəl deyib.
Türkiyəyə silah ixracını dayandırdığını daha əvvəl Britaniya açıqlamışdı, İspaniya, Hollandiya, Norveç, Fransa, Çexiya, İtaliya və Finlandiya isə silah satışını məhdudlaşdıracaqlarını bildirmişdilər.
Qeyd edilir ki, artıq İtaliya və Norveç Türkiyəyə bütün hərbi ixraca qadağa qoyub. Çexiyanın isə hətta hazırda mövcud olan lisenziyaları da donduracağı və yeni partiyanın verilməsini qadağan edəcəyi bildirilir.
Qeyd edək ki, Sülh problemlərini araşdıran Stokholm institutu (SIPRI) 2019-cu ilin mart ayında dərc etdirdiyi araşdırmasında Türkiyənin ən çox silah alan ölkələr siyahısında 13-cü yerdə olduğunu göstərib.
Araşdırma 2014-18-ci illəri əhatə edib, həmin dövrdə Türkiyəyə ən çox silah ixrac edən, bu ölkənin ehtiyacının 60%-ini ödəyən ölkə ABŞ olub, 17% - İspaniyanın, 15% isə İtaliyanın payına düşüb.

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR